Merkel Trampa qarşı: "Şimali Koreya problemi hərbi yolla həll edilə bilməz"
Ölçü:


"Şimali Koreya ilə ABŞ arasında yaşanan gərginlik hərbi yollarla həll edilə bilməz. Mən inanıram ki, bu problem hərbi yolla həll edilməyəcək".

Koordinat.az
xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib. O, böhranın diplomatik yollarla həll ediləcəyinə inandığını bildirib: "BMT Təhlükəsizlik Şurasında göstərdiyimiz cəhdlərlə bu böhran həll edilə bilər”.

Qeyd edək ki, son dövrlər Şimali Koreyanın ardıcıl ballistik raket sınaqları həyata keçirməsi Vaşinqtonla Pxenyan arasında ciddi gərginliyə səbəb olub.

 
11.08.2017 21:44:00
Oxuma sayı: 67