6 ayda 15 işçi iş yerində ölüb
Ölçü:


2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xidmət sahəsinə daxil olan müəssisələrdə istehsalatda bədbəxt hadisələr nəticəsində 15 nəfər həlak olub.

Koordinat.az bildirir ki, AHİK-dən "Trend"ə verilən məlumata belə deyilir. Bildirilir ki, bədbəxt hadisələrin əksəriyyəti neft sənayesində baş verib.

Qeyd olunur ki, hazırda istehsalatda bədbəxt hadisələrlə bağlı araşdırmalar aparılır.
11.08.2017 16:01:00
Oxuma sayı: 208