Abituriyentlər intizarda: nəticələr bu gün açıqlanacaq
Ölçü:


Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraciət edib.

DİM-in mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, müsabiqəyə buraxılmış və ixtisas seçimində iştirak etmiş abituriyentlərin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.

11.08.2017 16:24:00
Oxuma sayı: 124