Separatçı rejim Laçın, Qubadlı və Zəngilana yeni başçı təyin etdi
Ölçü:


Azərbaycan Respublikasının 20 faizinə nəzarəti 28-ci ildir əlində saxlayan separatçı-terrorçu erməni rejiminin yeni “seçilmiş” və Şuşada and içmiş lideri Araik Arutyunyan yeni vəzifə təyinatları haqda sərəncamlar imzalamaqda davam edir.

Koordinat.az
xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, A.Arutyunyanın sərəncamı ilə  Azərbaycan Respublikasının Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edən qondarma “Kaşataq rayonu”nun Laçın rayon mərkəzində əyləşən faktiki başçısı Stepan Sarkisyan vəzifəsindən azad edilib. Onun üzərinə düşən vəzifələri layiqincə icra edə bilmədiyi üçün postundan uzaqlaşdırıldığı bildirilir.

Azərbaycanın adı çəkilən 3 rayonuna faktiki yeni başçı isə Artyom Sarıbekyan təyin edilib.


30.05.2020 11:17:00
Oxuma sayı: 34