DOST-un xidmətlərindən qaradağlılar da faydalanacaq
Ölçü:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏSƏMN) DOST Agentliyinin 1 saylı Bakı DOST mərkəzinin xidməti ərazi üzrə fəaliyyət dairəsi genişləndirilir.

ƏƏSMN-dən Koordinat.az-a verilən məıumata görə, hazırda Bakının Səbail və Yasamal rayonlarının əhalisinə xidmət göstərən 1 saylı mərkəzin Qaradağ rayonunu da əhatə etməsi üçün müvafiq hazırlıq işləri aparılır. Yaxın aylarda bu işlər yekunlaşandan sonra artıq Qaradağ rayonunun sakinləri də 1 saylı DOST Mərkəzinin xidmətlərindən faydalana biləcək.

Qeyd edək ki, ötən ilin may ayından Bakıda 3 DOST mərkəzi yaradılıb və paytaxtın 7 rayonunun əhalisi DOST xidmətləri ilə əhatə olunub. Bu mərkəzlərdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində 132 növdə xidmət “bir pəncərə”dən təqdim edilir.

30.05.2020 10:51:00
Oxuma sayı: 25