Sabah Bakının əsas küçələri dezinfeksiya olunacaq
Ölçü:


Sabah səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Koordinat.az xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyəti məlumat yayıb. Bildirilir ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

29.05.2020 12:54:00
Oxuma sayı: 19