Azərbaycan Xalq Cümhuriyyəti Tiflisdə necə elan olunub?
Ölçü:

Müsəllim HƏSƏNOV

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti necə elan olunub?

Mayın 28-də Müsəlman Milli Şurasının iclası keçirilir.
Həsən bəy Ağayevin sədrliyi ilə keçən iclasda sabiq seymin 26 nəfər üzvü iştirak edir.
İclasın gündəliyinə üç məsələ daxil olunur:
1. Son hadisələrlə bağlı doktor Ağayevin Yelizavetpol haqqında məlumatı.
2. Rəsulzadənin Batumdan göndərdiyi teleqramın və məktubun oxunması.
3. Seymin buraxılması və Gürcüstanın müstəqilliyinin elan olunması ilə əlaqədar Azərbaycanın vəziyyəti.
İlk iki məsələnin müzakirəsindən sonra üçüncü məsələ barədə Xəlil bəy Xasməmmədov məruzə edir. O, Azərbaycanın müstəqilliyinin elan olunması zərurətini əsaslandırır. Usubbəyov, Şeyxülislamov, Seyidov və başqaları da bu ideyanı dəstəkləyir.
Şuranın üzvü F.X.Xoyski təklif edir ki, bəzi məsələlər yerlərdə həll edilincə, Azərbaycanın müstəqilliyinin elan olunmasından imtina olunsun, dünya dövlətləri ilə danışıqlar aparmaq üçün tamhüquqlu hökumət təşkil edilsin.
Lakin hərtərəfli müzakirələrdən sonra dərhal müstəqil Azərbaycan demokratik cümhuriyyətinin elan olunması barədə qərar qəbul edilir.
Şura üzvlərindən 24 nəfəri bu qərarın lehinə səs verir, iki nəfər isə bitərəf qalır...
Bundan sonra müstəqillik bəyannaməsi oxunur. Şura üzvləri bəyannamənin mətnini ayaq üstə dinləyirlər.
Hökuməti təşkil etmək F.X.Xoyskiyə həvalə olunur.
Bir saatlıq fasilədən sonra iclas davam edir və Xoyski hökumətin tərkibini elan edir.

P.S. İrəvanın ermənilərə güzəştə gedilməsi barədə məsələ növbəti gün – mayın 29-da müzakirə olunacaqdı...
28.05.2020 19:25:54
Oxuma sayı: 359