Azərbaycan Xalq Cümhuriyyətinin düşmənləri  BİR FOTODA
Ölçü:

1918-ci il mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan müstəqilliklərini elan etdilər.

Koordinat.az xəbər verir ki, Modern.az həmin dövrə aid çox maraqlı bir foto yayıb. Həmin fotodakılar Azərbaycan da daxil olmaqla, qonşu ölkələrə qarşı işğalçılıq siyasəti yeridən Ermənistan hökumətinin rəhbər şəxsləridir.
Arxa cərgədə soldan sağa – Nikol Aqbalyan (Ermənistanın maarifçilik və mədəniyyət naziri), Abraam Gülhandayan (Ermənistanın daxili işlər və ədliyyə naziri), Sarkis Araratyan (Ermənistanın maliyyə naziri)
Önı cərgədə soldan sağa – Avetik Saakyan (Ermənistan parlamentinin sədri), Aleksandr Xatisyan (Tbilisinin keçmiş meri, Ermənistanın baş naziri), Xristofor Araratyan (Ermənistanın hərb naziri).

Xatırladaq ki, Cənubi Qafqaz Respublikaları müstəqillik əldə etdikdən sonra onlar arasında münasibətlər gərgin olub. Xüsusən, daşnakların hakimiyyətdə olduğu Ermənistan həm Gürcüstan, həm Osmanlı İmperiyası, həm də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edərək regionda gərginlik mərkəzinə çevrilmişdi.

1918-ci il iyunun 4-də Osmanlı İmperiyası ilə sülh müqaviləsi imzalayan Ermənistan İrəvan və Eçmiədzin qəzalarını əhatə edən 12 min kvadrat/kilometr ərazidə, 1 milyona yaxın sakini olan dövlət qurmağa razılıq verdi. Lakin Osmanlı İmperiyası üçün Birinci Dünya Müharibəsini sonlandıran Mudros müqaviləsindən sonra türk qoşunu regionu tərk etməli oldu. Bundan istifadə edən ermənilər noyabrda Qarakilsəni (indiki Vanadzor) və dekabrda isə Gümrü şəhərini ələ keçirdilər.

1919-cu ilin aprel-may aylarında isə daşnak qüvvələri Türkiyənin ağır vəziyyətindən istifadə edərək Qars şəhərini və ətraf əraziləri nəzarətə götürdü.

1918-ci il dekabrın 7-də isə Ermənistan Borçalını tam nəzarətə almaq üçün Gürcüstana hücum etmişdi. Gürcüstan-Ermənistan müharibəsi həmin il dekabrın 31-də başa çatdı.

1919-1920-ci illərdə Ermənistandan göndərilən emissarlar Zəngəzur, Naxçıvan və Qarabağda etnik gərginliyi alovlandırır, yerli erməniləri Azərbaycana qarşı üsyana çağırırdılar.


28.05.2020 14:45:00
Oxuma sayı: 37