Məcburi köçkünlərin "Qarabağa azadlıq" piketi dağıdıldı – FOTOLAR + VİDEO
Ölçü:

Bu gün bir qrup məcburi köçkün Qarabağ tələbi ilə Milli Məclisin qarşısında aksiya keçirib.

Koordinat.az xəbər verir ki, mayın 21-də Şuşada keçirilən “adndiçmə” şousuna Azərbaycan hakimiyyətinin susqun mövqeyi  məcburi köçkünlərin qəzəbinə səbəb olub. Onlar 30 ilə yaxındir ki, sülh danışıqları adı altında Azərbaycanın tarixi torpaqlarının ermənilərin tapdağı altında qalması ilə barışmaq istəmirlər.

“Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi” İB-nin sədri İlqar Əli bildirib ki, bu illər ərzində xalqın başını mənasız danışıqlar prosesi ilə qatmağa çalışıblar: "May ayının 21-də Azərbaycanın qədim şəhəri Şuşada keçirilən və Paşinyanında qatıldığı “andiçmə” tədbiri artıq yolun sonunda olduğumuzu təsdiqlədi. Bütövlükdə  cəmiyyət olaraq Azərbaycan ordusunun bu “tədbiri” pozacağına ümid edirdik, hətta hər kəs bununla bağlı Azərbaycan hakimiyyətinə çağırışlar edirdi. Çox təəssüf ki, hər zaman olduğu kimi bu dəfə də, Azərbaycan hakimiyyəti dövlətimizin ərazi bütövlüyünü təmin etmək üçün özündə siyasi iradə tapa bilmədi. Hakimiyyətin susqunluğu hər bir Azərbaycan vətəndaşının, o cümlədən məcburi köçkünlərin qəzəbinə səbəb olub.”

İlqar Əli Qarabağ tələbi ilə aksiyaların davam edəcəyini bildirib: “Azərbaycan xalqı bu vəziyyətə razı deyil. Zaman-zaman məcburi köçkünləri yaxın illərdə torpaqlarına qayıdacaqları günə inandırmağa çalışanlar artıq özləri də çıxılmaz vəziyyətdə qalıblar. Bu gün Qarabağ tələbi ilə keçirdiyimiz aksiyanı hakimiyyət polis vasitəsi ilə dağıtdı. Qarabağı tələb etməyə imkan verməyən hakimiyyətin Qarabağla bağlı ciddi bir siyasəti olduğuna artıq inanmırıq. Bizlər, məcburi köçkünlər olaraq, bu gün aksiya keçirməklə bağlı qərar vermişdik və aksiyanın vaxtı ilə bağlı sosial şəbəkədə məlumat paylaşmışdıq. İnsanlar qruplar halında müxtəlif istiqamətlərdən parlamentin önünə toplaşmağa çalışsa da, çox təəssüf ki, polis aksiyanın qarışısını aldı.  Aksiyanın təşkilatçılarından olan İlqar Mahmud aksiya öncəsi həbs olundu. Aksiya iştirakçıları həbs edilərək avtobuslara oldurulub, şəhərin müxtəlif istiqamətlərində düşürüldülər".

"Bütün təzyiqlərə baxmayaraq bir daha bəyan edirik! Qarabağlılar torpaqlarını heç kimə peşkəş etməyəcək, Daha yetər atəşkəs oyunu! Bundan sonra Qarabağ tələbi ilə davamlı şəkildə və daha ciddi aksiyalarımızı davam etdirəcəyik” – deyə, İlqar Əli əlavə edib.


26.05.2020 18:49:00
Oxuma sayı: 50