Fındıqçılığın inkişaf perspektivləri müzakirə olunub
Ölçü:


Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Ferrero şirkətinin aqrobiznes koordinatoru Daniel Dellacha ilə görüşüb.Görüşün məqsədi Azərbaycanda  fındıqçılığin inkişaf etdirilməsi, əməkdaşlığın qurulması ilə bağlı müzkirələrin aparılması olub.

Koordinat.az xəbər verir ki, nazir Heydər Əsədov qonağı səmimi salamlayaraq ölkə başçısının fındıqçılığın inkşafı ilə bağlı tapşırıqlarına əsasən respublikamızda həyata keçirilən tədbirlər nəticəsində əldə olunmuş uğurlar barədə geniş məlumat verib.Nazir bildirib ki,ölkəmizdə  fındıqçılığın inkşafı üçün böyük potensial var, fermer və sahibkarlar ən çox valuta gətirən strateji məhsullar arasında olan fındığın becərilməsinə , fındıq bağlarının salınmasına böyük  maraq göstərir.Ümumiyyətlə, ölkəmizin coğrafi -iqlim şəraiti bu sahənin inkşafı üçün əlverişlidir.

“Fındıq istehsalı kənd təsərrüfatının inkşafında önəmli rol oynayır.Bununla yanaşı məhsulun artırılması məqsədi ilə dövlət tərəfindən fındıq istehsalçılarına güzəştli kreditlər verilir,fındıq pöhrələri alınaraq fermerlərə pulsuz paylanılır.Bu isə yeni bağların salınmasına, fındıq istehsalının daha da artırılmasına geniş imkanlar açır”- deyə nazir əlavə edib.

Ferrero şirkətinin aqrobiznes kordinatoru Daniel Dellacha təmsil etdiyi şirkətin Azərbaycanda fındiqçılığın inkşafına önəm verdiyini və bu sahədə əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
09.08.2017 16:23:03
Oxuma sayı: 95