Əbülfəs Qarayevlə Elçin Quliyevə Britaniyada cinayət işi açılıb
Ölçü:

Azərbaycanın iki məşhur şəxsinin – sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin “vurulmasının” şok detalları üzə çıxıb.

Koordinat.az Gununsesi.org-a istinadən xəbər verir ki, hər iki şəxs Azərbaycandan külli miqdarda pulu Böyük Britaniyaya çıxarıb. Britaniyanın Milli Cinayət Agentliyi bu vəsaitlərin oğurluq olmasından şübhələndiyi üçün Azərbaycan hökumətinə sorğu verib.

Məsələ ilə bağlı  Britaniyanın  “Evening Standard” qəzeti araşdırma aparıb. Qəzetin yazdığına görə, hazırda  məhkəmə subyekti olan korrupsiya hadisəsi Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və onun oğurluq vəsaitlərini idarə edən həyat yoldaşına aiddir.

Eyni məzmunlu araşdırma DSX  rəisi və onun həyat yoldaşı haqqında da başlayıb. Görünür, hər iki şəxsin bu qanunsuz əməllərindən ölkə rəhbərliyi xəbər tutduğundan onların “qələmini sındırıb”.

Gununsesi.org-un araşdırması zamanı isə bəlli olub ki, Azərbaycan hökuməti Britaniyaya çıxarılan vəsaitlərin büdcəyə qaytarılması üçün çalışır.

 
24.05.2020 13:48:00
Oxuma sayı: 33