Fazil Mustafa: "Beş nəfər rüşvət alan varsa, 1000 nəfər də rüşvət vermək istəyən növbəyə durur"
Ölçü:


“Cəmiyyət həbs olunanların haqlı yerə həbs olunduğunu deyir. Məsələ odur ki, dövlətin atdığı addımlarla cəmiyyətin mövqeyi üst-üstə düşür. Bilirsiniz, cəmiyyətdə müəyyən dəyərlərin yerinə oturmasına ehtiyac var”.

Koordinat.az
xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib. O, qeyd edib ki, kamuflyaj arxasında gizlənən cəmiyyətdə ədalət axtarışı çox çətin olur: “Elə nüanslar var ki, orada cəmiyyəti bu işə qoşmaq mümkün olsaydı, heç bu proseslər də olmazdı. Hər zaman deyirəm, beş nəfər rüşvət alan var, amma min nəfər rüşvət vermək istəyən növbəyə durur. Hərbi komissarlığın qabağını kəsib rüşvət verir ki, oğlumu Bakıda saxla. Hamı Qarabağda savaş istəyir, amma oğlunu rüşvətlə Bakıda saxlatdırır. Bu cəmiyyətlə, bu cür düşünənlərlə nə etmək olar? Demək istədiyim odur ki, süni qəhrəmanlığa, pafosa aldanaraq, cəmiyyəti düzəltmək olmaz. Bəzən cəmiyyətin istəyinin əleyhinə gedərək, islahat aparmaq lazımdır. Oxumaq istəməyən cəmiyyətlə nə etməlisən ki? Karantin dövründə əksəriyyət loto və domino aldı, kitab alan yoxdu. Bu cəmiyyət hara gedir?” (Unikal)

23.05.2020 17:24:00
Oxuma sayı: 63