5 ay əvvəl icra başçısı təyin olunan Rüstəm Xəlilov məhkəməyə verildi
Ölçü:


Hacıqabul Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu İmanova Turanə Musəddin qızı icra başçısı Rüstəm Xəlilovu məhkəməyə verib.

Koordinat.az
xəbər verir ki, Psixoloq Arqument.az-a icra başçısını onu işdən çıxardığına görə məhkəməyə verdiyini bildirib. Artıq Hacıqabul Rayon Məhkəməsində hakim Həmid Əzizovun sədrliyi ilə hazırlıq iclası keçilib. Növbəti məhkəmə iyunun 2-də olacaq. İddia ərizəsində 15 min manat təzminat, itirilmiş iş günləri üzrə əməkhaqqı və işə bərpa tələb olunur.

Zərərçəkən deyib ki, məsələ mətbuatda işıqlandırılandan sonra icra başçısı ona və ailəsinə təzyiq etməyə başlayıb: "Mənə və ailəmə qarşı təzyiqlərə başlayıblar. Bu gün Salyan Regional Əmək Müfəttişliyindən də cavab gəlib və məni Şirvan Şəhər Əmək Müfəttişliyinə dəvət ediblər. Mən tapdanmış haqqımın bərpasını tələb edirəm”.

Xatırladaq ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu İmanova Turanə Musəddin qızı karantin dövründə heç bir səbəb olmadan işdən çıxarıldığını deyir. O bununla bağlı mayın 9-da prezident İlham Əliyevə müraciət edib və icra başçısını məhkəməyə verib.

Xatırladaq ki, Rüstəm Xəlilov cəmi 5 ay əvvəl, ötən ilin dekabrında Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
23.05.2020 16:36:00
Oxuma sayı: 177