Hafiz Hacıyev xalqı korrupsionerlərlə mübarizəyə səslədi
Ölçü:

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
 
Koordinat.az xəbər verir ki, Hafiz Hacıyev təbrik məktubunda Azərbaycan xalqını korrupsionerlərlə mübarizəyə də səsələyib:  "Əziz xalqım, əziz bacı və qadaşlarım, sizi müzəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Süfrəniz ruzi-bərəkətli olsun. Qoy uca Allah hər birimizə cansağlığı versin ki, biz Qarabağımızı birlikdə işğalçıdan azad edək. Və tezliklə müqəddəs və milli bayramlarımızı azad edəcəyimiz torpaqlarımızda qeyd edək. Arzu edirəm ki, ölkəmiz dünyanı bürüyən pandemiyadan tezliklə xilas olsun. Xalqımız sağlığına qovuşsun.

Əziz xalqım, bildiyiniz kimi, dövlət başçımız təkcə xarici düşmənlərimizlə deyil, daxili satqınlarımızla da mübarizə aparır. Eyni zamanda, korrupsioner məmurların insanlarımızı incidən əməllərinin qarşısını alır. Gəlin Prezidentimizin yanında olaq və onun mübarizəsinə qoşulaq. İnanıram ki, biz birlikdə firavan, korrupsionersiz məmurların olduğu dinc ölkəyə sahib ola biləcəyik. Mən bir daha öz adımdan və partiyamızın adından bütün Azərbaycan xalqını təbrik edirəm. Ramazan bayramınız mübarək!”
23.05.2020 14:27:00
Oxuma sayı: 43