Politoloqdan hökumətə müharibə çağırışı: "Başqa yol qalmayıb"
Ölçü:


“Uzun müddətdir Dağlıq Qarabağla bağlı yeni yanaşmanı və yeni strategiyanı təklif edirəm. O cümlədən, yeni diplomatik yanaşmanı – hücum diplomatiyasını seçmək və ordu işləri ilə, diplomatya və informasiya fəaliyyəti ilə bağlı vahid strategiya ilə düşməni yerində oturtmaq və torpaqları azad etmək yolunu təkilf edirəm".

Koordinat.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin sabiq köməkçisi Eldar Namazov "Moderator"a açıqlamasında bildirib. O, mayın 21-də Paşinyan hökumətinin Şuşada keçirdiyi “andiçmə” tədbirindən sonraAzərbaycan üçün sülh danışıqlarının rüsvayçı durumda olduğuna işarə edərək deyib: "Biz bu prosesdə dəyişikliklər görmədik və gəldiyimiz nəticə də göz önündədir. Mən müsahibələrimdə qeyd edirdim ki, biz diplomatlardan torpaqların azad edilməsini gözləmirik, bu, bizim ordumuzun çiyninə düşən bir vəzifədir. Mən dəfələrlə bunu təkrar etmişəm ki, Dağlıq Qarabağ probleminin həllində əsas sözü diplomatiyamız yox, ordumuz deyəcək".

Politoloq deyib ki, diplomatiyanın əsas məqsədi dünya ictimaiyyətinə müharibənin yenidən başlanmasının əsas günahkarının kim olduğunu sübut etməkdir: "Azərbaycan diplomatiyası elə işləməlidir ki, Azərbaycanın müharibə etmək, güc tətbiq etməkdən başqa yolu qalmadığı dünya ictimaiyyəti üçün tam aydın olsun".

Eldar Namazov deyib ki, ermənilər son hərəkətləri ilə faktiki olaraq Azərbaycan diplomatiyasının çiyninə düşən vəzifələri özləri yerinə yetirdilər: "Bütün dünyaya göstərdilər ki, həqiqətən də Azərbaycanın güc tətbiq edərək öz torpaqlarını azad etməkdən başqa çıxış yolu qalmayıb. Beynəlxalq ictimaiyyətə bu fikri Azərbaycan diplomatiyası yox, ən çox Paşinyan çatdırdı”.
23.05.2020 13:45:00
Oxuma sayı: 34