Azərbaycan nefti 33 dollara satılır
Ölçü:


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 35,09 dollar/barel təşkil edib. Bu isə əvvəlki göstəricidən 1,31 dollar/barel azdır.

Koordinat.az
xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 34,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 33,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,25 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 32,85 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır.

23.05.2020 10:28:00
Oxuma sayı: 35