Azərbaycanda ət, süd, yumurta istehsalı artıb
Ölçü:


Bu ilin 4 ayında Azərbaycanda 171,2 min ton diri çəkidə ət istehsal olunub.

Dövlət Statistika Komitəsindən (DSK) Koordinat.az-a verilən məlumata görə, bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında diri çəkidə ət istehsalı 3,0 faiz çoxdur.

Hesabat dövründə süd istehsalı 1,5 faiz artaraq 659,9 min ton təşkil edib. Yumurta istehsalı 9,3 faiz artaraq 653,2 milyon ədəd, yun istehsalı eyni səviyyədə qalaraq 2,3 min ton olub.

Rəsmi məlumata görə, ilin əvvəlindən may ayının 1-dək 43,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz çox kartof və 107,0 min ton və ya 16,7 faiz çox tərəvəz toplanıb. 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 13,5 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,2 faiz artıb.

Bildirilib ki, 2020-ci il may ayının 1-nə kimi 295,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 39,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 19,1 min hektarda dən üçün qarğıdalı), 52,1 min hektar sahədə kartof, 48,3 min hektar sahədə tərəvəz, 14,7 min hektar sahədə bostan bitkiləri, 71,4 min hektar sahədə pambıq, 4,7 min hektar sahədə şəkər çuğunduru əkilib.

 

23.05.2020 09:47:00
Oxuma sayı: 42