Ermənipərəst konqresmen ABŞ administrasiyasına və həmsədrlərə məktub göndərdi- Azərbaycan diplomatiyasına daha bir zərbə
Ölçü:


Ermənipərəst konqresmen Frank Pallone ABŞ administrasiyasına (dövlət katibi Mayk Pompeoya və müdafiə naziri Mark Esperə) və Minsk Qrupu həmsədrlərinə eyni məzmunlu iki məktub göndərib.

Koordinat.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, Pallone məktublarında Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərini qınamağa çağırıb. Konqresmen bu təlimlərin təhlükə yaratdığını və bölgədə gərginliyi artıra biləcəyini iddia edib.

"Frank Pallonenin məktubunda qeyri-adi heç nə yoxdur. Adam onilliklərdir erməni lobbisinin bütün istək və arzularını yerinə yetirir. Məni düşünürən başqa məsələdir. Ermənistanın baş naziri nümayişkənarə şəkildə işğal altındakı Şuşada “andiçmə” mərasimi keçirdi, bu hərəkəti ilə müharibə təhlükəsini artırdı. Buna rəğmən, dünyanın heç bir yerindən “tık” səs də gəlmədi. Amerikanın hansısa konqresmeni “Şuşada andiçmə mərasimi danışıqlara zərbədir və müharibə təhlükəsini artırır” dedimi? Pallone durduğu yerdə açıqlama vermir, erməni lobbisinin ötürdüyü mətni oxuyur. Bəs, bizim mətni oxuyan konqresmen niyə tapılmadı? Bəlkə heç axtarılmadı? Son hadisədə özümüz dedik, özümüz eşitdik" - deyə, politoloq əlavə edib.
23.05.2020 00:14:00
Oxuma sayı: 66