Namidar Misirzadə məhkəmə hakimi və sədri təyin edildi
Ölçü:

Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Namidar Əlöysət oğlu Misirzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib.

Koordinat.az  xəbər verir ki, bu qərarla Namidar Misirzadə birinci instansiya məhkəməsi sayılan Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri önəmli bir vəzifəni icra edəcək.

Xatırladaq ki, Namidar Misirzadə 1980- ci ildə Kəlbəcər rayonunda anadan olub. Bakı Dövlət Universiteti, Beynəlxalq hüquq fakültəsi (bakalavriat) və Hüquq fakültəsində (magistratura) təhsil alıb. Yeni təyinata qədər 2002 - 2007- ci illərdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin kuryeri, iclas katibi, 2007-ci ildə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin iclas katibi 2007 - 2008-ci illərdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin iclas katibi, 2008 - 2010-cu illərdə Bakı Apelyasiya Məhkəməsinin hakim köməkçisi, 2010 - 2013-cü illərdə "Bank VTB" ASC-nin hüquq idarəsinin aparıcı mütəxəssisi, 2013 - 2020-ci illərdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.
22.05.2020 22:54:00
Oxuma sayı: 55