Elmar Məmmədyarov Nyu-Yorkda 2 mənzil alıb - 4 milyon 250 min dollarlıq mülk
Ölçü:

Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-da bahalı mülklərə sahib olduğu üzə çıxıb.

Koordinat.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənov məlumat yayıb. Onun sözlərinə görə, Emin Məmməyarovun adına Nyu-Yorkda "Riverside Boulevard-120" ünvanda 2 mənzil var. Mənzillərdən biri 2015-ci il iyunun 9-da, digəri isə bundan 3 həftə sonra - iyulun 1-də alınıb. Məmmədyarovlar ailəsi birinci mənzilə 2 milyon 200 min, ikinci mənzilə isə 2 milyon 50 min dollar ödəyiblər.

Çıxarışlardan da göründüyü kimi mənzillər fərqli əmlak şirkətləri vasitəsilə əldə olunub.
Yəni ümumilikdə 4 milyon 250 min dollar.

Bu fakt Nyu-York şəhər Maliyyə Departamentinin 2015070B00529001 nömrəli sənəddə (Şəhər Qeydiyyat idarəsindən çıxarış) əksini tapıb. Azərbaycanın xarici işlər naziri və xanımı Kamilə Məmmədyarova (qeydiyyat məlumatlarında Kyamilya B Mamedyarova) da bu mənzillərdə qeydiyyatdadırlar.
22.05.2020 22:47:00
Oxuma sayı: 116