Elmar Məmmədyarov Lavrovla telefonla danışdı
Ölçü:

Azərbaycanın Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Koordinat.az
xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, nazirlər koronavirusla mübarizə üzrə ikitərəfli qarşılıqlı əlaqə, həmçinin MDB çərçivəsində cari əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazirlər həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 73-cü sessiyasının nəticələrini nəzərə alaraq koronavirusla mübarizədə əməkdaşlığın cari məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

ÜST-ün 73-cü sessiyası mayın 18-19-da telekonfrans rejimində Cenevrədə keçirilib. Sessiyanın nəticələrinə uyğun olaraq, pandemiyaya beynəlxalq reaksiya verilməsi üzrə qətnamə qəbul edilib.

22.05.2020 21:53:00
Oxuma sayı: 50