Kəlbəcərin yeni icra başçısı məktəb direktorları ilə videokonfrans keçirdi - FOTOLAR
Ölçü:

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev məktəb direktorları ilə videokonfrans keçirib.

Koordinat.az xəbər verir ki, konfrans yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin öyrənilməsi məqsədilə təşkil olunub. Videokonfrans  vasitəsilə Nazirlər Kabineti yanında Operativ Qərargahın 01 may 2020-ci il tarixli Qərarına riayət olunması və  məktəblərin yerləşdiyi ərazilərdə əməli tədbirlərin görülməsi  ilə bağlı tapşırıqlar verilib.

Videokonfransda 2019/2020-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr aparılıb. Rayon rəhbəri müzakirə zamanı, məktəblərdə şagirdlərin mükəmməl təhsili ilə yanaşı, həmçinin onların sosial və mənəvi inkişafı haqqında danışaraq öz tapşırıq və tövsiyələrini verib.

İcra başçısı bildirib ki, qarşıya qoyulan məqsədlərdən biri də təhsil sistemində bilikli şagird yetişdirməklə yanaşı, onların sosial həyata hazırlanmasını təmin etməkdir.


22.05.2020 21:18:00
Oxuma sayı: 37