Sərhədlər iyunun 15-dən açılacaq
Ölçü:


Azərbaycanda uçuşlar ilkin olaraq, Naxçıvanla bərpa ediləcək.

Koordinat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. O, qeyd edib ki, sərhədlərin açılması iyunun 15-dən sonraya nəzərdə tutulub. NK rəsmisi onu da deyib ki, bu axşam saat 8-də İstanbuldan Bakıya 174 nəfər azərbaycanlı gələcək. Onlar karantinə yerləşdiriləcək. Onun sözlərinə görə, xarici ölkələrlə sərhəddə qalan vətəndaşların gətirilməsi ilə bağlı işlər davam etdirilir.

İbrahim Məmmədov qeyd edib ki, vətəndaşlarımızın xüsusi çarter reysi ilə gətirilməsi mərhələli davam edir: "Rusiya- Azərbaycan səhəddində toplaşanlar hər iki ölkənin nəzarətindədir. bununla bağlı işlər gedir. Mayın 19-da 120 nəfər Azərbaycana gətirilib. Bu karantin yerindən asılıdır. Karantin yerləri olduqca vətəndaşlar gətirilir. "Evə gedirəm" portalından müraciət edənlərlə bağlı gələn həftə xüsusi çarter reysi gözlənilir. Vətəndaşlar bu portala müraciət edərsə, onlar da gətirilə bilər. Dağıstanda toplaşanıar özləri üçün də təhlükə yaradırlar. Ölkəyə gələnlərin 30 faizində koronavirus aşkarlanır. Beynəlxalq uçuşlarla bağlı xüsusi proqram hazırlanır. İlk uçuş Naxçıvana olacaq. Amma xarici ölkələrə də uçuşlar iyunun 15-dən sonra ola bilər. İranın -ci vitse prezidenti ilə Azəbaycanın Baş naziri Əli Əsədov telefonla danışıb. Azərbcandan 120 nəfər İran vəttəndaşının öz ölkəsinə qaytarılması təmin olunub".
22.05.2020 17:59:00
Oxuma sayı: 94