Azərbaycanda 1139 nəfər karantində saxlanılır
Ölçü:

Hazırda Azərbaycanda 1139 nəfər karantində saxlanılır.

Koordinat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O, deyib ki, bunlar Rusiyadan, eləcə də hava nəqliyyatı ilə digər ölkələrdən gələnlərdir: "Həftəlik 200-500 nəfəri karantinə qəbul edə bilirik. Nəzərə almaq lazımdır ki, karantin müəssisələrinə tibb işçilərimiz ezam olunur. Ona görə də bundan artıq insanı karantinə ala bilmirik".

 

22.05.2020 17:39:00
Oxuma sayı: 35