Azərbaycanda 681 tibb işçisində koronavirus aşkarlanıb
Ölçü:

681 tibb işçisi koronavirusa yoluxub.

Koordinat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O, qeyd edib ki, bu, ümumi yoluxmanın 18 faizini təşkil edir: "Onların əksəriyyəti kiçik və orta tibb işçiləridir. Ümumilikdə 537 nəfər sağalıb, 4 nəfər həkim vəfat edib".

 

22.05.2020 17:09:00
Oxuma sayı: 62