Azərbaycandakı özəl universitetinin adı ABŞ teleserialında
Ölçü:

ABŞ-ın ABC kanalının çəkdiyi məşhur “Alias” teleserialında Xəzər Universitetinin adı çəkilir.

Səhnələrdən birində Xəzər Universitetinin “Neft və qaz geologiyası və geofizikası” ixtisasından söhbət açılır və Azərbaycana gedən qəhrəmana bu ixtisas üzrə doktorantura proqramına qəbul olunması məsləhət görülür. Hollivud filmlərində nadir hallarda universitetlərlə bağlı səhnələr olur və bu halda da, bir qayda olaraq, əsasən, ABŞ-ın və dünyanın məşhur universitetlərinin adı çəkilir. Bu baxımından, Xəzər Universitetinin adının, çoxsaylı nüfuzlu mükafatlar almış, məşhur teleserialda qeyd olunması, həm Xəzər universiteti adına, həm də Azərbaycan təhsili adına qürurverici haldır.

Xəzər Universiteti ABŞ-ın məşhur teleserialında Azərbaycanda ingilis dilində keyfiyyətli təhsil verənuniversitet kimi təqdim edilir. Qeyd edək ki, serialı,yayımlandığı dövrdə, yalnız ABŞ-da 8 milyona yaxıninsan izləyib.

Xəzər Universiteti ilə bağlı olan səhnə 1-ci bölüm, 19-cu seriyadandır və “Qar adam” adlanır.


22.05.2020 13:18:00
Oxuma sayı: 44