Qiymətindən narazı qalan şagirdlər direktora müraciət edə bilərlər
Ölçü:


Hər hansı fənn üzrə illik qiyməti "3" və ya “4” olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər.

Koordinat.az
-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Kollegiyasının “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə qərarında məlumat verilib. Məlumatda bildirilib ki, həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) II yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır.

Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və müvafiq qiymətə uyğunlaşdırılır.

22.05.2020 12:55:00
Oxuma sayı: 25