Paşinyan Şuşadakı andiçmədən sonra Arutunyana tapşırqlar verib - rəsmi qəbulda
Ölçü:

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torplaqlarında səfərdə olan Nikol Paşinyan separatçıların yeni rəhbəri Araik Arutunyanla danışıqlar aparıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Şuşada keçirilən andiçmə mərasimindən sonra ilk dəfə baş tutan görüşdə bundan sonrakı fəaliyyət müzakirə olunub.  Görüş zamanı Araik Arutunyan Ermənistanın baş nazirindən Qarabağa diqqəti artırmağı xahiş edib. Paşinyan isə yeni lideri əmin edib ki, Qarabağa əlavə maliyyə yardımı ediləcək.

Paşinyan həmçinin, Arutunyanla pandemiya fonunda iqtisadi vəziyyəti və cəbhə xəttindəki situasiyanı müzakirə edib.
22.05.2020 12:32:00
Oxuma sayı: 40