Kəlbəcərlilər müharibə tələb edir - BƏYANAT
Ölçü:


"Azərbaycan hakimiyyəti xalqın tələbini, iradəsini nəzərə alaraq işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlamalıdır".

Koordinat.az xəbər verir ki, bu fikir "Kəlbəcərə Qayıdış" İctimai Birliyinin işğalçı Ermənistanın Azərbaycanın qədim Şuşa şəhərində mayın 21-də keçirdiyi qondarma “andiçmə mərasimi” ilə bağlı qəbul etdiyi bəyanatda qeyd edilib. Saytımızın elektron poçtuna göndərilmiş həmin bəyanatın mətnini təqdim edirik:
“Biz Kəlbəcərə Qayıdış İctimai Birliyi olaraq bildiririk ki, ermənilərin bu oyunlarına birdəfəlik son qoyulmalıdır. Azərbaycan heç bir beynəlxalq təşkilatdan, böyük dövlətlərdən, ermənilərin havadarlarından çəkinməməli, işğalçıların “andiçmə” şousu keçirdikləri məkanı raket atəşləri ilə vurmalı və ardınca torpaqlarımızın azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamalıdır. Biz son iki gün ərzində sosial şəbəkələrdə həyata keçirdiyimiz aksiya ilə bir daha əmin olduq ki, xalqımızın böyük əksəriyyəti işğalçı Ermənistana qarşı dərhal müharibənin başlanmasını tələb edir. KQİB “Azərbaycan Prezidentindən, Ali Baş Komandandan işğalçı Ermənistana qarşı müharibənin başlanmasını tələb edirik!”, “Azərbaycan Ordusunun dərhal “andiçmə” şousu keçirilən məkanı vurmasını tələb edirik!”, “İşğalçı Ermənistan Qarabağımızdan, Şuşamızdan rədd olub getməlidir!”, “Qarabağsız Azərbaycan olmayacaqdır!”, “Ya Qarabağ, ya ölüm!” şüar və tələbləri ilə keçirdiyi virtual , sosial media aksiyasına minlərlə insan qoşuldu və dəstək verdi. Aksiya Azərbaycanın bütün bölgələrini, həmçinin Avropa, Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələri əhatə etdi.
Bir daha bildiririk ki, Azərbaycan hakimiyyəti xalqın tələbini, iradəsini nəzərə alaraq işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlamalıdır. Başqa yolumuz yoxdur. Müharibəni başlayıb, ya qalib gəlməli, ya da məhv olmalıyıq. Ya Qarabağ , ya ölüm!"
21.05.2020 22:34:00
Oxuma sayı: 104