Deputat seçiciləri adından prezidentə təşəkkür etdi
Ölçü:

Millət vəkili Astara rayonunun 3 kəndində elektrik enerjisi ilə təchizatının yaxşılaşdırlmasına görə seçiciləri adından dövlət başçısına təşəkkür edib.

Koordinat.az xəbər verir ki, bu barədə məhşur kardiocərrah, millət vəkili Rəşad Mahmudov özünün "Facebook" səhifəsində məlumat yayıb: “Bu gün adıçəkilən ucqar dağ kəndlərində işlər tam yekunlaşdırılıb. Dövlətimizin qüdrəti, inkişaf tendensiyası və idarəetməsi icazə verir ki, bütün çətinliklər mərhələli şəkildə öz həllini tapsın. Seçicilərim adından aidiyyatı qurumlara və xüsusi ilə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm.”

Xatırladaq ki, bir müddət əvvəl  prezident İlham Əliyev Astara rayonunun 3 yaşayış məntəqəsində – Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə müvafiq sərəncam imzalamışdı.

21.05.2020 20:54:00
Oxuma sayı: 31