Yay imtahan sessiyası və buraxılış imtahanları onlayn keçirilə bilər
Ölçü:


“Universitetlərin yay imtahan sessiyasının onlayın formada keçirilməsi mümkün ola bilər”.

Koordinat.az
xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Modern.az-a açıqlamasında deyib. Nazirlik rəsmisi bunun üçün tələbənin hazır olmasının xüsusi önəm daşıdığını qeyd edib: “Yay imtahan sessiyalarının, yaxud da, buraxılış imtahanlarının onlayn formada keçirilməsi mümkündür. Bu məsələdə tələbənin də hazırlığı əsasdır. Əgər tələbə buna hazırdırsa, onlayn imtahanların keçirilməsi mümkün ola bilər”.

Cəsarət Valehov bu yaxınlarda universitetlərin mətbuat katibləri ilə onlayn formada keçirilən görüşdən də söz açıb: “Pandemiya dövründə ali təhsil müəssisələrində piar işinin təşkili, əlaqələndirmə fəaliyyəti və bununla bağlı hansısa işlərin görülməsi ətrafında onlayn fikir mübadiləsi apardıq. Əslində bu cür müzakirələr fərdi formada da aparılır. Bu cür görüşləri vaxtaşırı edirik. Hesab edirəm ki, bu da həmin qəbildən olan müzakirə formatı idi”.

15.05.2020 14:25:00
Oxuma sayı: 41