“Azəriqaz”ın 6 əməkdaşı koronavirusa yoluxub
Ölçü:


Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanlar olduğunu açıqlayıb.

Koordinat.az
bildirir ki, “Azəriqaz” İstehsalat Birliyinin də 6 əməkdaşı koronavirusa yoluxub. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov sayta bildirib ki, həmin şəxslərin koronovirusa yoluxma faktları ayrı-ayrı vaxtlarda qeydə alınıb: “Altı  əməkdaşımız bu virusa yoluxub. Üç nəfəri artıq sağalıb, evlərindədir. Hazırda üç nəfər isə xəstəxanada müalicəsini davam etdirir”.

C.Səfərov qeyd edib ki, koronovirusa yoluxanlar 50-65 yaş arası şəxslərdir.
14.05.2020 17:09:00
Oxuma sayı: 131