Manatla bağlı panika aradan qalxıb - baş bankir ilin sonunadək...
Ölçü:

Hazırda Azərbaycanda makroiqtisadi sabitlik qorunmaqdadır.

Koordinat.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında bildirib. O,  qeyd edib ki, inflyasiya 103 faiz civarındadır: "Valyuta bazarında vəziyyət stabilləşib. Dollar satışı 56 milyon olub. Manatın məzənnəsi sabitdir. Manatın məzənnəsilə bağlı ajiotaj dövründə meydana çıxan panika aradan qalxıb".

Elman Rüstəmov deyib ki, bu ilin yanvar-aprel aylarında da Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 3% təşkil edib: “Bu isə bizim müəyyən etdiyimiz hədəfdən aşağıdır və ilin sonuna qədər də bu cür qalacağını gözləyirik”.

O deyib ki, rəhbərlik etdiyi qurum iqtisadiyyatın müxtəlif sahələrinə dəstək istiqamətində balanslı mövqe tutmağa çalışır: "Son 1 ildə Azərbaycanda kredit portfeli 1,9% artıb. Biznes kreditləri üzrə 4,1% artım, istehlak kreditləri üzrə bu qədər azalma, o cümlədən ipoteka kreditləri isə 5,2% artım müşahidə edilib”.

Hazırda banklarda heç bir problem olmadığını deyən Elman Rüstəmovun bildirib ki, pandemiya şəraitində bankların aktivlərinin pisləşməsi gözləniləndir və hazırda belə hallar müşahidə edilir.
13.05.2020 11:23:00
Oxuma sayı: 49