Azərbaycanda 838 nəfər hepatitə yoxulub
Ölçü:


Bu ilin 6 ayı ərzində Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 838 nəfər xəstə daxil olub.

Koordinat.az
xəbər verir ki, bunu Mərkəzin Hepatit şöbəsinin müdiri Ziyafət Tağıyeva deyib. Onun sözlərinə görə, onlardan 33 nəfəri ağır vəziyyətdə olub.

“Bu ilin 6 ayı ərzində müraciət edənlərdən 171 nəfər hepatit B, qalanı isə hepatit C ilə yoluxub. Bunlardan 55 faiz kişilər, 45 faizi qadınlardır. Hepatit A olan 7 nəfər xəstə, Hepatit B D infeksiyasi ilə 9 nəfər, Hepatit B C mix infeksiya ilə 7 nəfər müraciət edib. Ən çox Ağcabədi, Kürdəmir, Yevlax rayonlarından müraciət olur".

28.07.2017 12:21:22
Oxuma sayı: 153