Qazaxda yanacaqdaşıyan maşın alışdı
Ölçü:



Bakı-Qazax magistral yolunda yanacaqdaşıyan avtomobildə yanğın olub.

Koordinat.az xəbər verir ki, hadisə yolun Qazax rayonu Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, hərəkətdə olan ağır tonnajlı yanacaqdaşıyan avtomobildə yaranan yanğını söndürmək üçün əraziyə Qazax rayon Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanacaq daşıyan yük avtomobilinin şini alışmağa başlayıb. Tez bir zamanda alov söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
11.11.2017 19:26:00
Oxuma sayı: 1227