Sabah da hava yağmurlu olacaq
Ölçü:

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Koordinat.az-a verilən məlumata görə, səhər duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 17-20, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti təşkil edəcək.

Mayın 11-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

10.05.2020 11:47:00
Oxuma sayı: 33963