koronavirusun Azərbaycanda ikinci dalğası başlayır
Ölçü:

Son günlər karantin rejiminin yumşaldılması ilə əlaqədar ölkədə virusa yoluxanların sayında artma tempi müşahidə edilib. Belə ki, may ayının 6-da 67 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb. Ötən gün isə 77 nəfərdə COVİD-19 simptomları aşkarlanıb. Bu müddət ərzində sağalıb evə buraxılanlar ümumi sayı isə 71 nəfər olub. Virusa yoluxanların sayının sağalanların sayını üstələməsi narahatlıq doğurub.

Koordinat.az xəbər verir ki, mütəxəssislər virusa yoluxma sayının artmasını insanların etinasızlığı ilə əlaqələndirir. Bildirilir ki, əhalinin 90 faizi nə sosial məsafə gözləyir, nə maska taxır, nə də əlcəkdən istifadə edir. Bu isə xəstə sayını sürətlə artırır və faciəvi sonluq qaçılmazdır.

Ekspertlər bildirirlər ki, koronavirusun Azərbaycanda ikinci dalğası başlamaq üzrədir. Bildirilir ki, qaydalar daha da sərtləşdirilməlidir. Əks halda hər ev kimləsə vidalaşacaq. Dünya ölkələrinin hesabatına baxdıqda görürük ki, ikinci dalğa daha faciəvi olur. Virusdan qorunma şəklini həyat tərzimizə çevirməsək, nəinki iqtisadiyyatı, bütün bəşəriyyəti məhv etmək təhlükəsi ilə qarşı-qarşıya qalacağıq.
08.05.2020 12:35:00
Oxuma sayı: 63