14 ölkədə koronavirus yoxdur – SİYAHI
Ölçü:


Dünyada tuğyan edən koronavirus 3 milyon 660 mindən çox insanın yoluxmasına, 252 675 nəfəri isə ölümünə yol açıb. Virus dünyanln əksər ölkələrində qeydə alınsa da, pandemiyanın yan keçdiyi ölkələr də az deyil.

Koordinat.az
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən xəbər verir ki, hazırda dünyada koronavirusa yoluxma halı qeydə alınmamış 14 ölkə var. Bu ölkələrdən ən böyüyü 25 milyon sakini olan Şimali Koreyadır. Dünyanın ən qapalı ölkəsi sayılan bu communist respublikasında neçə insanın virusa yoluxduğu barədə rəsmi məlumat yoxdur. Keçmiş sovet respublikalarından Türkmənistanda da COVİD-19-a yoluxma halı bu günə qədər təsdiqlənməyib. Ümudünya Səhiyyə Təşkilatı yaxın günlərdə bu ölkədəki epidemioloji vəziyyəti qiymətləndirmək üçün regiona səfər edəcək.

Afrikada isə virusdan qoruna bilən yeganə ölkə kiçik Lesoto Krallığıdır. 2 milyon sakini olan ölkədə fövqəladə vəziyyət hökm sürür.

Qəmər Adaları, Solomon Adaları, Marşall Adaları, Vanuatu, Samoa, Kiribati, Mikroneziya, Tonqa, Palau, Tuvalu və Nauru kimi Okeaniyada yerləşən kiçik ada ölkələri də COVİD 19-a yoluxma qeydə alınmayıb.

05.05.2020 13:51:00
Oxuma sayı: 96