Universitetdə yanğın - qəbul imtahanı təxirə salındı - Məleykə Abbaszadə hadisə yerində
Ölçü:


Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.

Koordinat.az “ölkə.az”a istinadla xəbər verir ki, yanğın vaxtı bina ərazisində imtahanlar keçirilirmiş. Saytın hadisə yerində olan müxbiri Səxavət Məmməd bildirir ki, yanğın nəticəsində otaqlara tüstü dolub. Bu səbəbdən imtahan verənlər təxliyyə edilib.

Hadisə yerinə gələn Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dərhal otaqların boşaldılmasını tələb edib. Dövlət rəsmisi imtahanın vaxtını təxirə salıb və qeyd edib ki, dəyişdirilən imtahan vaxtı haqqında bu yaxınlarda açıqlama veriləcək.
22.07.2017 14:04:00
Oxuma sayı: 480