Tramp Putinlə görüşdə "Rusiya müdaxiləsi"ndən danışdı
Ölçü:



ABŞ prezidenti Donald Tramp Vyetnamda Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi mövzusuna toxunub.

Koordinat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.  

D.Peskov qeyd edib ki, Rusiya prezidenti müdaxilənin hətta ehtimalını belə qəti sürətdə rədd edib. 
11.11.2017 20:06:00
Oxuma sayı: 1266