Lavrov açıqladı: “Ətraf rayonlar qaytarılır, sərhədlər açılır”
Ölçü:


Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli açıqlamalar verib.
 
Koordinat.az
Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvada Qorbaçov fondunda dəyirmi masada iştirak edən nazir danışıqlar masasında duran sənədlərə toxunub. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həllində Madrid prinsipləri, Rusiyanın 2010-2011-ci illərdə hazırladığı sənədlər, o cümlədən Kazan sənədi, həmçinin, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin 2019-cu ilin aprelində qəbul etdiyi ortaq sənəd var.

Lavrov həmin sənədlərin münaqişənin mərhələli yolla həllini nəzərdə tutduğunu əlavə edib: “Münqaişənin mərhələli həlli nəzərdə tutulur. İlk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. nəzərdə tutulur”.

Lavrov BMT Təhlükəsizlik Şurasının 1990-cı illərdə Qarabağda hərbi əməliyyatları dayandırmağı tələb etdiyini və indki atəşkəs rejimində isə tərəflərin sülh yolu ilə münaqişəni yekun həll etməyi mümkün sayır.

21.04.2020 15:24:00
Oxuma sayı: 201