Ermənilər Kəlbəcərdən Qarabağa yol çəkir - FOTO
Ölçü:


Ermənistandakı işğalçı rejim əsarət altında saxladığı Azərbaycan ərazilərində yol tikintisinə dair layihələrini davam etdirir.

Koordinat.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, hazırda inşa edilən Vardenis-Ağdərə yolu bu ilin sentyabrında istifadəyə veriləcək. Qarabağdakı qondarma rejimin nümayəndələri Kəlbəcər rayonu ərazisində 4 kilometrlik yolun qrunt sularına görə tamamilə dağıldığını və bu ərazidə əlavə bərkitmə işlərinin görüldüyünü deyiblər.

Xatırladaq ki, 116 kilometrlik Vardenis-Ağdərə yoluunun tikintisi 2015-ci ildə başlayıb.

17.07.2017 16:36:00
Oxuma sayı: 2898