Misirdə terror: 5 ölü,  6 yaralı
Ölçü:



Misirdə terror aktı törədilib.

Koordinat.az
xarici mediaya istinadən xəbər verir ki, hadisə Sinay yarımadasında baş verib.  Misir Təhlükəsizlik Qüvvələrindən verilən məlumata görə, ərazidə olan hərbi maşın partladılıb. Hadisə nəticəsində 5 polis həlak olub. Daha 6 polis əməkdaşı müxtəlif xəsarətlər alıb.

Partlayışın hansı şəraitdə və necə baş verməsi məlum deyil. Hazırda təhlükəsizlik qüvvələri hadisə yerində araşdırmalar aparır.
17.07.2017 20:16:00
Oxuma sayı: 278