Sabah Mətbuat Muzeyinin açılış mərasimi baş tutacaq
Ölçü:



İyulun 18-də araşdırmaçı-jurnalist, “Şərq”qəzetinin baş redaktoru Akif Aşırlının təşəbbüsü ilə yaradılan Mətbuat Muzeyinin açılış mərasimi olacaq.

Koordinat.az
xəbər verir ki, Azərbaycan jurnalistikasında ilk sayılacaq muzeyin açılışı  “Şərq” qəzetinin redaksiyasında baş tutacaq.

Mətbuat Muzeyi Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümünə həsr olunub.

Azərbaycan mətbuat tarixinin hər dövrü redaksiyanın müəyyən otaq və dəhlizində öz əksini tapacaq. Muzeydə sərgilənəcək eksponatların böyük hissəsi original nüsxə, sənəd və fotolardan ibarətdir. Muzeydə XIX əsrin sonu – XX əsrin əvvəlləri, AXC və sovet dövrü jurnalistikasına aid 150-dən çox dəyərli eksponatlar sərgilənəcək.

“Ziya”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Açıqsöz”,” Dirilik” və s. kimi tarixi mətbu orqanlarımızın original nüsxələrinin saxlanıldığı muzeydə ən yaşlı eksponatın 136 yaşı var.

Qeyd edək ki, “Şərq” qəzetinin layihəsi olan Mətbuat Muzeyinin yaxın zamanlarda virtual versiyası da yaradılacaq.
17.07.2017 18:46:00
Oxuma sayı: 104