Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri görüşəcək
Ölçü:



Bu ilin sonuna kimi Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Aşqabadda üçtərəfli görüşü keçirəcəklər.

Koordinat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib.

Səfir bildirib ki, prezidentlərin görüşündən əvvəl üç ölkənin energetika və xarici işlər nazirlərinin görüşləri baş tutacaq.

“Nazirlər dövlət başçılarının sammitində müzakirə olunacaq sənədləri və digər məsələləri geniş formada nəzərdən keçirəcəklər”.

Qeyd edək  ki, liderlərinin görüşü 2016-cı oktyabrında keçirilməsi nəzərdə tutulurdu, lakin sonradan bu görüş ləğv olunub.
17.07.2017 11:10:36
Oxuma sayı: 248