"Nikoil Bank" xüsusi şöbə açıb
Ölçü:



 “Nıkoil Bank” ASC “Zolotaya Korona” sistemi ilə beynəlxalq pul köçürmələrini həyata keçirən müştərilər üçün yeni tarif - “Tarif 0%” elan edib. Bu məqsədlə Puşkin küçəsi,30 ünvanında yerləşən, saat 09:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək xüsusi şöbə açılıb.

Koordinat.az
bu barədə Banka istinadən xəbər verir.

Bundan sonra, yaxın və uzaq xarici ölkələrə milli valyutada köçürmələrin edilməsinə və rubl, ABŞ dolları və ya türk lirəsı ilə alınmasına görə komissiya tutulmayacaq.

“Zolotaya Korona” pul köçürmələri dərhal aparılır. Pulun göndərilməsi və alınması üçün hesabın açılması tələb olunmur. “Zolotaya Korona" pul köçürmələri servisi xidmətinin infrastrukturu MDB və uzaq xarici ölkələrdə olan 49 mindən artıq məntəqələrdən ibarətdir.
17.07.2017 10:20:00
Oxuma sayı: 100