Bərdədə polis əməkdaşları qəzaya düşdü
Ölçü:


Bərdə rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Koordinat.az
"Report"a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "VAZ 21011" markalı avtomobillə Bərdə Rayon Polis İdarəsinə məxsus Fiat markalı avtomobil toqquşub. Hadisə nəticəsində "VAZ 21011" markalı avtomobilin sürücüsü və sərnişin ağır xəsarət alıblar. Yaralılar Təcili Tibbi Yardım avtomobili ilə rayon xəstəxanasına aparılıb. Polis əməkdaşlarından isə xəsarət alan olmayıb.

Hadisəyə səbəb "VAZ 21011" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi olub. O, idarəetməni itirərək qarşıda gedən polis maşınına çırpılıb. Bundan sonra avtomobil yolun kənarındakı hasara dəyib. Faktla bağlı araşdırma aparılır.
16.07.2017 21:56:00
Oxuma sayı: 102