Əl-Bağdadi öldürülməyib
Ölçü:


İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi sağdır və Suriya ərazisində gizlənir.

Koordinat.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb. İraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat və Antiterror Xidmətinin rəisi Əbu Əli Basri deyib ki, əl-Bağdadi sağdır və Suriya ərazisində, Rakka əyalətindən kənarda gizlənir.

Qeyd edək ki, ötən ayın ortalarında Rusiya Müdafiə Nazirliyi Əl Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.
16.07.2017 20:31:00
Oxuma sayı: 224