Sabah 40 dərəcəyə yaxın isti olacaq
Ölçü:


İyulun 17-də Bakı və Abşeron yarımadasında havayağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya Təbii Sərvətlər Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  21-24° isti, gündüz 31-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  759  mm civə sütunu  təşkil edəcək. Nisbi rütubət  gecə 60-70%, gündüz  30-40 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  20-25° isti, gündüz  34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
16.07.2017 12:32:28
Oxuma sayı: 94