Misir Mərdanov 12 tələbəyə onlayn dərs keçir
Ölçü:


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov rəhbərlik etdiyi qurumda magistratura təhsilini davam etdirən 12 nəfərə onlayn dərslərin keçirildiyini açıqlayıb.

Koordinat.az
xəbər verir ki, Misir Mərdanov rəhbərlik etdiyi institutun əməkdaşları ilə mütəmadi olaraq onlayn formada əlaqə saxlanıldığını deyib: "AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən, institut əməkdaşlarının mart ayı üçün nəzərdə tutulan əməkhaqları da ödənilib".

Konkret elmi-tədqiqat planına uyğun olaraq araşdırmalarını davam etdirdiyini deyən institut direktoru doktorant və dissertantlarla da virtual əlaqələr yaratdığını, onlara lazımi köməkliyi göstərdiyini vurğulayıb.

 
 
10.04.2020 17:34:00
Oxuma sayı: 122